Tovuzda məktəblilər arasında voleybol üzrə zona yarışlarına start verilib

Tovuzda məktəblilər arasında voleybol üzrə zona yarışlarına start verilib
17:53 23 Aprel 2015
212 Ölkə
Ölkə mətbuatı
A- A+


Tovuz, 23 aprel, AZƏRTAC
Tovuzda məktəblilər arasında voleybol üzrə zona yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri çıxış ediblər.
Qalib adı uğrunda mübarizədə 200-ə yaxın idmançı qüvvəsini sınayır. Beş gün davam edəcək yarışların qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Təhsil Nazirliyinin nümayəndəsi İlqar Nuriyev bildirib ki, “Bakı 2015” Avropa Oyunlarının proqramına daxil olan 14 idman növü üzrə məktəblilər arasında zona yarışlarına 17 şəhər və rayonun təmsilçisi qoşulub. Birinci Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təbliğat kampaniyası çərçivəsində təşkil olunan məktəblilərarası zona yarışları mayın sonunadək davam edəcək. Yarışlarda 6 zonanın 74 şəhər və rayonundan 6 mindən çox şagirdin iştirakı nəzərdə tutulub. Zona yarışlarının keçirilməsində məqsəd isə birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etməkdir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tovuzda_mektebliler_arasinda_voleybol_uzre_zona_yarislarina_start_verilib-849120

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR