Saatlıda “Fəlakət riskinin qarşısının alınması və qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirilib

Saatlıda “Fəlakət riskinin qarşısının alınması və qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirilib
17:08 23 Aprel 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+



Bakı, 23 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi nazirliyin digər yerli qurumlarının iştirakı ilə Saatlı Rayon İcra Hakimiyyətində “Fəlakət riskinin qarşısının alınması və qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirib.
Müşavirədə icra hakimiyyətinin rəhbər işçiləri, Saatlı rayon fövqəladə hallar komissiyasının üzvləri, ərazi icra nümayəndələri, bələdiyyələr, idarə və təşkilat rəhbərləri, FHN-in yerli qurumlarının əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Muğan Regional Mərkəzinin rəis müavini Tural Müseyibov Fövqəladə Hallar Nazirliyinin yaradılmasından keçən 10 il müddətində respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, Muğan Regional Mərkəzinin əhatə etdiyi ərazidə fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Çıxış edən digər natiqlər “Fövqəladə Hallar Nazirliyinin yaranması, qurumları, fəaliyyət istiqamətləri”, ”Yanğın təhlükəsizliyinin problemləri və onların həlli yolları”, “Saatlı rayonu ərazisində bugünədək aparılmış monitorinqlərin nəticələri”, “Mərkəz ilə Saatlı Rayon İcra Hakimiyyəti arasındakı qarşılıqlı fəaliyyət planı”, “Təhlükə potensiallı obyektlərdə, qaz təsərrüfatında təhlükəsizlik qaydaları”, “Yanğınların söndürülməsinə maneçilik törədən səbəblər və onların aradan qaldırılması yolları” mövzularında məlumat veriblər.
Sonra Saatlı rayon ərazisində müxtəlif vaxtlarda keçirilən monitorinqlərin nəticələrindən bəhs edən slaydlar nümayiş olunub, rayon ərazisində yüksək təzyiqli qaz və yüksək gərginlikli elektrik hava xətlərinin mühafizə zonalarında və ictimai yaşayış binalarının ətrafında inşa edilmiş müxtəlif təyinatlı tikililərlə bağlı mövcud problemlərə dair icraedici orqanlara tövsiyələr verilib, problemlərin aradan qaldırılması, gələcəkdə baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı əhalinin rastlaşa biləcəyi təhlükələrin qarşısının alınması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyəti qeyd edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Saatlida_Felaket_riskinin_qarsisinin_alinmasi_ve_qarsiliqli_fealiyyetin_teskili_movzusunda_musavire_kechirilib-849132

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR