Yay transfer pəncərəsi dövründə İtaliyanın "Sassuolo" klubuna transfer olunan Kevin-Prins Boatenq maraqlı açıqlama verib.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, qanalı futbolçu İtaliyaya getməsində makaronun önəmli rolu olduğunu deyib. Boatenq İtaliya mətbuatına açıqlamasında bunları bildirib:
"İtaliyaya transfer olmağıma səbəb makaron yeməyidir. Burda onu çox gözəl hazırlayırlar. Bir restorana gedib makaron yemişdim və sonra mətbəxə girib aşpazı qucaqladım. Yeməyin bu qədər yaxşı olması normal deyil.
Son 3-4 mövsümdə daha çox çalışıram. Karyeramı düşünəndə, özümə 10 bal üzərindən 7 verirəm. Bəzən bu rəqəm 8-ə də yaxınlaşır".
Boatenq yay transfer pəncərəsinin əvvəlində Frankfurt "Ayntraxt"ından "Sassuolo"ya transfer edilmişdi.
Karyerası ərzində "Tottenhem", "Borussiya" D, "Cenoa", "Milan", "Şalke" kimi klublarda forma geyinən 31 yaşlı futbolçu, 15 dəfə də Qana millisinin şərəfini qoruyub.
Milli.Az