Play Store

İki piyadanı vurub qaçan sürücü saxlanıldı

İki piyadanı vurub qaçan sürücü saxlanıldı
18:54 23 Aprel 2015
72 Ölkə
Ölkə mətbuatı
A- A+

 Abşeron rayonunun Masazır qəsəbəsində iki piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub.

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 22-də saat 23.00 radələrində Bakı şəhər sakini Zamin Məmişov idarə etdiyi QAZ-31105 markalı 90 AX 168 dövlət qeydiyyat nişanlı avtomobillə Masazır qəsəbəsində piyadalar - Təzəgül Abbasova və Təyyar Hüseynovu vuraraq hadisə yerindən qaçıb.

 

Bədən xəsarətləri alan T. Abbasova ilə T. Hüseynov Bakı şəhəri 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.

 

Faktla bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

 

Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Z.Məmişov şübhəli şəxs qismində saxlanılıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200363

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR