Əlağa Şıxlinskinin hərb elminə gətirdiyi yeniliklər və Milli Ordunun qurulmasındakı xidmətləri xatırlanıb

Əlağa Şıxlinskinin hərb elminə gətirdiyi yeniliklər və Milli Ordunun qurulmasındakı xidmətləri xatırlanıb
20:13 23 Aprel 2015
205 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC 
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin görkəmli hərbi xadim general Əlağa Şıxlinskinin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində tədbirlər davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlər silsiləsinin davamı olaraq aprelin 23-də böyük sərkərdə general Ə.Şıxlinskinin Yasamal qəbirstanlığındakı məzarı önündə anma tədbiri keçirilib.
Tədbirdə müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyevin rəhbərliyi ilə nazirliyin bir qrup zabiti, Şıxlinskilər nəslinin nümayəndələri və digər şəxslər iştirak ediblər. General Ə.Şıxlinskinin məzarı önündə fəxri qarovul düzülərək əklil və gül dəstələri qoyulub.
Sonra general-leytenant K.Vəliyev çıxış edərək məlumat verib ki, görkəmli hərbi xadimin 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevın Sərəncamına əsasən müdafiə naziri tərəfindən tədbirlər planı imzalanıb. Yubiley tədbirlərinin keçirilməsi fevral ayında generalın doğma yurdu Qazaxdan başlayıb. Ə.Şıxlinskinin dünya hərb nəzəriyyəsində - artilleriya elmindəki kəşfləri, XX əsr müharibələrində, cəbhələrdə qazandığı təcrübəyə əsaslanaraq 1918-ci ildə Milli Ordumuzun yaranmasında və formalaşmasındakı xidmətləri xalqımızın yaddaşında həmişə qalacaq. Onun hərb elminə gətirdiyi yeniliklər, kəşflər xüsusi əhəmiyyəti baxımdan orduda bu gün də tətbiq olunur. Generalın keçdiyi ömür yolu hər kəsə örnəkdir.
Şıxlinskilər nəslinin nümayəndəsi, əməkdar incəsənət xadimi Ziya Şıxlinski çıxış edərək görkəmli sərkərdənin yubileyinin dövlət səviyyəsində geniş qeyd olunmasına görə ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevə və müdafiə naziri general-polkovnik Zakir Həsənova minnətdarlığını ifadə edib.
Sonda yekun yubiley tədbirinin sentyabrda-Bakının bolşevik-daşnak işğalından azad olunduğu gün keçiriləcəyi diqqətə çatdırılıb.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Alaga_Sixlinskinin_herb_elmine_getirdiyi_yenilikler_ve_Milli_Ordunun_qurulmasindaki_xidmetleri_xatirlanib-849212

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR