Övladı məktəbə başlayan VALİDEYNLƏR

Artıq yeni dərs ilinin başlamasına sayılı günlər qalıb.

Müşahidələr göstərir ki, uşaqlar məktəb həyatının ilk mərhələsində məktəbdən uzaqlaşmağa meyl edirlər. Məktəb həyatına başlamazdan əvvəl uşaqlar ilk növbədə sosial-psixoloji cəhətdən məktəbə hazır olmalıdır. Hazır olmadıqda bu onlarda gərginlik yaradır.

Psixoloq Murad İsayev Metbuat.az-a açıqlamasında bildirib ki, məktəbə adaptasiya istər ibtidai sinif, istərsə də pedaqoqlar üçün çox vacib məsələdir:

“Uşaqlar məktəbəqədər hazırlıq kurslarına getdikləri üçün dərsə başlayan zaman müəyyən biliklərə sahib olurlar. Lakin yazı texnikasını öyrənmək, riyazi hesablamalara daxil olmaq səbr tələb edir. Bunları nəzərə alaraq, uşaqların adaptasiyasına çox önəm vermək lazımdır. Uşağın məktəblə bağlı müsbət, yaxud mənfi düşüncələrinin əsası ibtidai sinifdə qoyulur. Adaptasiya məsələsi hətta bir neçə il davam edə bilir.

Valideynlərin pedaqoqların işinə mane olmamalarını tövsiyyə edirəm. Ola bilər ki, valideyn övladının adaptasiyası üçün bir neçə gün məktəbə gəlib-gedə bilər. Lakin bir valideyn otağa daxil olarsa, digər uşaq özünü yalnız hiss edəcək. Bu, uşaqların psixalogiyasına pis təsir edir. Üstəlik, valideynlərin otaqda olması tədris prosesinə mənfi təsir edir. Valideyn və pedaqoqların birlikdə işləməsi uşağın adaptasıyası üçün çox vacib məsələdir. Müasir təhsil sistemi maraqlı videoroliklərlə, aksesuarlarla uşaqlara təhsili öyrədir. “Əylənərək öyrənmək” sistemiylə uşaqlara məktəbi daha çox sevdirirlər. Bu, çox müsbət göstəricidir”.

Xəyalə Məmmədova /METBUAT.AZ

Sabah hava belə olacaq - Proqnoz açıqlandı – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR