"Hətta 15 saytı eyni anda idarə edə bilir"

Bu gün hansısa bir Web sayta sahib olmaq çox asandır.

Bütün üçün domen almaq, daha sonra mütəxəssis vasitəsilə saytı formalaşdırmaq kifayət edir. Yəni, bu gün istənilən şəxs, istədiyi sayda sayt alıb, onu işlədə bilir.

“Fikirləşirəm ki, bu məsələ hüquqi şəkildə balanslaşdırılmalıdır”.

Bu sözləri Metbuat.az-a açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının, Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə bildirib.

Onun sözlərinə görə, bu, qüsurlu haldır:

“Kimliyindən asılı olmayaraq, bu gün hər kəs domen ala, hətta 15 saytı eyni anda idarə edə bilir. Təəssüf ki, bu halların əksəsriyyəti insanların şərəf və layəqətinin alçaldılması məqsədilə baş verir. Düşünürəm ki, saytları yaradan şəxslərin də hüquqi məsuliyyəti olmalıdır. Ona görə də, KİV Haqqında Qanunda, yaxud digər qanunlarda bunula bağlı təklifin olması vacibdir.

Çap mətbuatına dövlət reyestri kitabına düşmək üçün Ədliyyə Nazirliyinə müraciət olunur. Təəssüf olsun ki, saytlarla bağlı belə bir hallar yoxdur. Hətta elə adamlar var ki, bir neçə sayt sahibidir. Hesab edirəm ki, bu, çox qüsurlu haldır. Hüquqi çərçivənin qəbul olunması labüddür”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət isə Metbuat.az-a açıqlamasında qeyd edib ki,

“Azərbaycana aid zonada domenləri almaq və ona nəzarət etmək mümkündür. Çünki bu, ölkə içərisindədir. Yəni, onun operatoru, domeni Azərbaycanda olduğu üçün müdaxilə etmək olar. Amma “org”, “net”, “com” domen adları xarici ölkələrdə verilir. Təbii ki, dövlətimizin onlara hər hansı bir şəkildə müdaxiləsi mümkün deyil. Dövlətimiz sadəcə həmin domen adları üzərindən yayımlanan internet saytlarına girişi əngəlləyə bilər. Yəni, onlara Azərbaycandan kənarda giriş mümkün olacaq, amma ölkəmizdə yox. Bu da effektiv metod deyil. Bu gün dolayı yolla, istənilən veb sayta girmək üçün çoxlu sayta texniki imkanlar var. O imkanları da texnikadan başı çıxanların hər biri yaxşı bilir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Övladı məktəbə başlayan VALİDEYNLƏR - Bu xəbəri MÜTLƏQ oxuyun


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR