Yeniyetmə taekvondoçularımız Türkiyədə keçirilən Rumi Uşaq İdman Oyunlarında 4 medalla başa vurublar

21:23 23 Aprel 2015
108 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 23 aprel, AZƏRTAC 
Taekvondo üzrə Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandası Türkiyənin Konya şəhərində keçirilən beşinci Rumi Uşaq İdman Oyunlarında 4 medal qazanıb.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Səbuhi Zülfüqarovun və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə mübarizə taekvondoçularımız yarışın ilk gününü 2 medalla başa vurublar. Bəhruz Quluzadə (37 kq) və Anar Hüseynli (53 kq) yalnız final döyüşündə məğlub olaraq yarışın gümüş medallarını əldə ediblər.
Komandamız yarışın ikinci günündə daha 2 medal qazanıb. Cavid Soltanov (61 kq) və Nuranə İbrahimova (47 kq) qızıl medallara sahib olublar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeniyetme_taekvondochularimiz_Turkiyede_kechirilen_Rumi_Usaq_Idman_Oyunlarinda_4_medalla_basa_vurublar-849264

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR