Muarrem Muarremə yeni baş məşqçi

Muarrem Muarremə yeni baş məşqçi
05:46 24 Aprel 2015
61 İdman
Ölkə mətbuatı
A- A+

Makedoniya milli komandasının yeni baş məşqçisi müəyyənləşib. ANS PRESS-in məlumatına görə, bir neçə gün əvvəl istefaya göndərilən Boşko Curovskini Lyubinko Druloviç əvəzləyib.

Bununla bağlı Makedoniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 47 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edəak ki, Lyubinko Druloviç Serbiya millisində seleksiyaçı-məşqçi vəzifəsində çalışıb. O, əvvəllər Portuqaliyanın "Turizense", Serbiyanın "Banat", Sloveniyanın "Drava", Anqolanın "Primeyro de Aqosto" klublarının və Serbiyanın U-19 yığmasını çalışdırıb.

Əvvəllər Makedoniya millisinə “Qarabağ”ın futbolçusu Muarem Muarem çağırılsa da, əvvəlki baş məşqçi bir müddət idi ondan imtina etmişdi. Belə ki, Muarem son dəfə ötən ilin 12 oktyabrında milliyə çağırılıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=340038

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR