Yapon kosmik gəmisi asteroidin səthinə

Yaponiya Kosmos Agentliyi asteroidin səthinə robot-tədqiqatçı yerləşdirməyə hazırlaşır.

Metbuat.az BBC-yə istinadla xəbər verir ki, sentyabrın 21-də “Hayabusa-2” kosmik gəmisi kosmos tarixində ilk dəfə “Ryuqu” asteroidinin 1 kilometrlik səthinə iki robot-tədqiqatçı göndərəcək. “Rover 1A” və “Rover 1B” adlanan robotlar aşağı qravitasiya şəraitində asteroidin səthinin fotoşəkilini çəkəcək və temperaturu ölçəcək. “Hayabusa-2” üç ildən çox uçuşdan sonra iyun ayında “Ryuqu” asteroidinə yaxınlaşıb.

Primitiv göy cismi sayılan “Ryuqu” asteroidi Günəş sisteminin yaranması ilə meydana gəlib. Onun öyrənilməsi bizim planetin yaranmasına və təkamülünə işıq salmağa kömək edəcək. Tədqiqatı aparacaq robotlar 3,3 kiloqramlıq qutular formasındadır. “Hayabusa-2” bu qutuları asteroiddən 60 metr məsafəyə göndərəcək. Yaponiya Kosmos Agentliyi rəsmilərinin sözlərinə görə, robotların daxilində yerləşdirilmiş kiçik mühərrik sayəsində asteroidin səthində hərəkət etmək mümkün olacaq. Ən müasir texnologiyalara uyğun quraşdırılmış videokameralar və temperaturu ölçən cihazlar isə tədqiqatın nəticələrini Yerə göndərəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR