"Neftçi" Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində qarşılaşacağı "Zirə" ilə oyuna hazırlığını başa vurub.

Milli.Az xəbər verir ki, komanda öz bazasında son məşqə çıxıb.

Hazırlıq prosesindən yalnız zədəli Ruslan Abışov kənarda qalıb. Emin Mahmudov komanda ilə məşqlərə qoşulsa da, onun sabah meydana çıxıb-çıxmayacağı hələ ki, dəqiqləşməyib.

Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Dalğa Arena"da keçiriləcək "Zirə" - "Neftçi" oyunu bu gün saat 20:30-da başlanacaq.

Milli.Az