Ədviyyat olaraq istifadə edirik

Kəklikotu dünya mətbəxində çox geniş istifadə olunan qidalardan biridir.

Metbuat.az xəbər verir ki, kəklikotu sağlamlığımız üçün lazımlı olan bir çox vitaminlər və minerallar ilə zəngindir.

Soyuqdəymədən və şiddətli öskürəkdən əziyyət çəkənlər kəklikotu çayının faaydalarından yararlana bilər. Kəklikotu çayı qısa müddətdə öskürəyi azaldır və bəlğəmin qarşısını alır.

Kəklikotu həm də nəfəs sağlamlığını qoruyur. Bir stəkan isti suda bir miqdar kəklikotu dəmləyib içərək şiddətli öskürək, sinə ağrıları, bronxit və nəfəs yolu problemlərini aradan qaldıra bilərsiniz.

Çox təsirli bir antioksidan olan kəklikotunun tərkibində bol miqdarda potasium, maqnezium və dəmir var. Buna görə də, ürək sağlamlığı üçün çox faydalıdır. Qan dövranını sürətləndirir və qan hüceyrələrinin sağlamlığını qoruyur.

Bundan başqa kəklikotu streslə mübarizə aparmanı artırır və eyni zamanda sinir sistemi sağlamlığını qoruyur. Stres qaynaqlı mənfi düşüncələrin qarşısını alır.

Kəklikotu çayı eyni zamanda həzm sistemi üçün də faydalı bir qidadır. Həzmsizlik və qəbzlik kimi problemlərlə yanaşı qaz, şişkinlik və bağırsaq ağrılarının qarşısını alır.

Bundan başqa kəklikotu yuxusuzluq probleminin qarşısını alır, döş və bağırsaq xərçənginə tutulma riskini azaldır, saç və dəri sağlamlığını qoruyur.

https://metbuat.az/news/1032059/magarani-eve-donus...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR