​Mərkəzi Bankın kapital çatışmazlığı dövlətin qiymətli kağızları hesabına ödəniləcək

14:12 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

"Report"un verdiyi xəbərə görə, Mərkəzi Bankın (AMB) sədrinin birinci müavini Alim Quliyev bildirib ki, dəyişikliyin əsası AMB-nin kapitalının formalaşdırılması, onun kapital çatışmazlığının ödənilməsi mexanizminin təkmilləşdirilməsidir.
Qanunda "tədavülə buraxılmış nağd milli valyutanın 15%-i miqdarında" sözləri "onun nizamnamə kapitalından az olmamamaq şərti ilə" sözləri ilə əvəz edilib. Mərkəzi Bankın kapital ehtiyatı ilə bağlı 15% normativi ləğv olunur. Kapital ehtiyatının formalaşdırılmasında Mərkəzi Banka müstəqillik verilib. Dəyişikliklə, normativlər İdarə Heyətinin səlahiyyətinə verilir.
Dəyişiklik nəzərdə tutur ki, kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək. Bildirək ki, dəyişiklikdən əvvəlki qanuna əsasən, çatışmazlıq dövlət tərəfindən pul vəsaiti şəklində ödənilir.
A.Quliyev əlavə edib ki, çatışmazlıq məzənnə dəyişikliyi nəticəsində yaranır. Ona görə də, bir maliyyə ilinin təxirə salınması o deməkdir ki, həmin il ərzində yenidən dəyişiklik ola və dövlətin vəsaitinə ehtiyac qalmaya bilər.
Sondaqanunlayihəsininparlamentinplenariclasınaçıxarılması tövsiyyə olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/merkezi-bankin-kapital-catismazligi-dovletin-qiymetli-kagizlari-hesabina-odenilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR