Mərkəzi Bank kreditlərin manatla verilməsinə qadağa qoymayıb

Mərkəzi Bank kreditlərin manatla verilməsinə qadağa qoymayıb
15:08 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir Azad Həsənli/

Azərbaycan Mərkəzi Bankı (AMB) kreditlərin manatla verilməsinə qadağa qoymayıb.

Trend-in məlumatına görə, bunu AMB-nin İdarə Heyətinin sədr müavini Alim Quliyev Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, hazırda dollarlaşma prosesi davam edir və əhali bank əmanətlərini dollara çevirir.

A.Quliyev qeyd edib ki, buna görə bankların resursları dollarda cəmləşib: "Banklar risklərini minimuma endirmək üçün kreditləri dollarla təklif edirlər. Banklar müştəriləri kreditləri müəyyən valyutada götürməyə məcbur edə bilməz".

Sədr müavini əlavə edib ki, AMB dollarlaşmanın qarşısını almaq üçün müəyyən işlər görür, banklar üçün bir pəncərə açaraq onların manata olan ehtiyacını təmin edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2387645.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR