"Qarabağ" zədəli futbolçusu Donald Gerye fərdi məşqlərə başlayıb.
Milli.Az sportal.az-a istinadən xəbər verir ki, çiynindən ciddi zədə alan Ağdam klubunun cinah futbolçusu fitness hazırlığına start verib. Lakin 29 yaşlı yarımmüdafiəçinin bərpası bir müddət çəkəcək. Haitili futbolçu azı 2 həftə də yaşıl meydanlara ayaq basmayacaq.
29 yaşlı oyunçu oktyabrın 4-də baş tutacaq Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində "Arsenal"la oyunu buraxmalı olacaq. Bundan əlavə, Gerye milli komandasının oktyabrın 6-dan 15-dək olan toplanışına qatılmayacaq.
Qeyd edək ki, Donald Gerye Topaz Premyer Liqasının I turundan təxirə salınmış "Qarabağ" - "Zİrə" matçında (3-2) zədələnmişdi.
Milli.Az