Hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətə ehtiyac var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu parlamentin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deyib.

O qeyd edib: "Statistika da göstərir ki, hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətə ehtiyac var, çünki daxil olan şikayətlər bunu bizə diktə edir".

H.Babaoğlu bildirib ki, komitə bu sahədə fəaliyyətini gücləndirə bilər: "Ona görə də təklif edirəm ki, fəaliyyət gündəliyimizə belə bir bənd əlavə olunsun: "Hüquq-mühafizə orqanları, Müdafiə Nazirliyi, Pentensiar Xidmət və məhkəmə orqanları ilə insan hüquqları məsələlərində birgə fəaliyyətin həyata keçirilməsi".

Milli.Az