"14 nəfəri itirdim. Onlardan 4 nəfəri əsir düşdü, daha doğrusu dəqiq bilmədik. Nə meyitləri gəldi, nə də özlərindən bir xəbər bildik. Qalan 10 nəfəri isə basdırmışıq".
Elmira Allahverdiyeva deyir ki, fərqinə varmadan hər kəsə işgəncələr verərək öldürən ermənilərin əsl siması Xocalıda bir daha üzə çıxıb: "Dəhşət, zülm. Ermənilər hər bir ailəyə dağ vurdular. Gələnlərin də çoxu dözmədi, cavan oğlanlar vəfat etdi".
Həyat yoldaşı şəhid olan, qohumları düşmən işgəncəsi ilə öldürülən digər Xocalı sakini Ətrabə Hüseynova isə bildirir ki, əsl soyqırıma məruz qalan Azəbaycan xalqıdır: "Mənim qayınanamın bacısının evindən 4 papaqlıdan mənim oğlum yaşında bir balaca uşaqları qalıb. Soyqırıma məruz qalan bizik".
Bildirək ki, Xocalıda 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130-u valideynlərindən birini itirib. 150 nəfərin taleyindən hələ də xəbər yoxdur.
Milli.Az