Britaniya şahzadəsi Harrinin sabiq sevgilisi Kressidi Bonas "Fishlove" kampaniyasına qoşulub.
Milli.Az Standard-a istinadən bildirir ki, 29 yaşlı Bonas soyunaraq köpəkbalığı ilə kamera qarşısına keçib.
Balıq ovunun azaldılması və dəniz canlılarının qorunması tələbi ilə keçirilən "Fishlove" kampaniyasının fotosessiyasına qatılanlar arasında 57 yaşlı aktrisa Elizabet MakQovern, mərhum Maykl Ceksonun qızı, 20 yaşlı Peris Cekson, aktyorplar Şon Penn və Coş Brolin, tanınmış aktrisa Qreta Skakkinin qızı Leyla Corc da var.
Fotoların müəllifi Alan Qelatidir.
Milli.Az