BMT qızların informasiya-kommunikasiya texnologiyaları sahəsinə cəlb edilməsinə çağırır

BMT qızların informasiya-kommunikasiya texnologiyaları sahəsinə cəlb edilməsinə çağırır
17:28 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
BMT dünya ölkələrini gənc qızların və qadınların sənət seçmələrinə kömək göstərməyə, zərif cinsin nümayəndələrini dəqiq elmləri, texnikanı, riyaziyyatı öyrənməyə, habelə yeni informasiya-kommunikasiya texnologiyalarını (İKT) mənimsəməyə daha aktiv cəlb etməyə çağırıb.
AZƏRTAC BMT-nin xəbərlər mərkəzinə istinadla xəbər verir ki, hər il aprelin son həftəsi Beynəlxalq Telekommunikasiya İttifaqı, dünya ictimaiyyəti, o cümlədən Azərbaycan “Qızlar İKT-də” Beynəlxalq Gününü qeyd edirlər. Bu günün təsis olunmasında məqsəd qadınların biznes sahələrində rolunu artırmaqdır.
Hazırda dünyada təhsil müəssisələrinin qadın məzunlarının təxminin üç faizi İKT ilə bağlı peşəyə yiyələnirlər. Kişilərin arasında bu rəqəm 10 faizdən çoxdur.
Avropada qadınların payı proqram istehsalçıları arasında 9 faiz, İKT sahəsində şirkət və təşkilat rəhbərləri arasında 19 faiz təşkil edir. Digər sahələrdə rəhbər vəzifələr üzrə qadınların payına 45 faiz düşür.
Son beş ildə dünyada texnologiya sektorunun və milli hökumətlərin dəstəklənməsi nəticəsində qızların İKT sahəsində rolunun artırılması yönündə təxminən 3500 tədbir keçirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BMT_qizlarin_informasiya_kommunikasiya_texnologiyalari_sahesine_celb_edilmesine_chagirir-849491

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR