Qara Qarayev VI Müasir Musiqi Festivalı başa çatıb

Qara Qarayev VI Müasir Musiqi Festivalı başa çatıb
20:43 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, Türkan Abdullayeva, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qara Qarayev VI Müasir Musiqi Festivalına aprelin 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Xütbə, Dua, Tufan” ideyasına uyğun olaraq seçilmiş bağlanış konsertində B.Furrer, B.Nilsson, A.Vustin, İ.Stravinski, İ.Hacıbəyov, J.Tavener, A.Şönberq və V.Lütoslavskinin “Enigma”, “Brief an Gösta Oswald”, “Credo”, “Agnus Dei”, “Veruyu”, “Stravinskinin xatirəsinə “Memorial”, “The lamb”, “A Survivor from Warsaw”, və “ Trois poemes d'Henri Michaux” əsərləri səsləndirilib.
Musiqiləri xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Rusiyanın “Questa musica” ansamblı ifa edib. Orkestri və ansamblı dirijorlar Rauf Abdullayev, Filipp Çijevski və Fuad İbrahimov idarə ediblər.
Gecədə Yekaterina Kiçigina, Fəridə Məmmədova, Nadiya Zelyankova, Sergey Malinin və Andrey Kaplanov kimi solistlər çıxış ediblər.
Qeyd edək ki, beş gün davam edən festival çərçivəsində ustad dərsi, dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertlər, mühazirələr, konfranslar keçirilib, multimedial opera nümayiş olunub.
Zənginliyi və müxtəlifliyi ilə seçilən Festival proqramı, Bakı auditoriyası üçün vokal janrının qeyri-adi imkanlarının nümayişi ilə, eyni zamanda yeni bəstəkar isimləri və yeni əsərlərlə tanışlıq baxımından yaddaqalan olub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qara_Qarayev_VI_Muasir_Musiqi_Festivali_basa_chatib-849598

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR