Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda "Vaşinqton post" qəzetinin əməkdaşı 60 yaşlı Camal Qaşıqçının itkin düşməsi ilə bağlı axtarış zamanı şübhəli bilinən 15 nəfərin Şahzadə Salmanın adamları olduğuna dair iddialar ortaya atılıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Camal Qaşıqçının itkin düşməsilə bağlı İstanbula gəldiklərini bildirən 15 nəfərin içərisində əsgər, kəşfiyyatçı və məhkəmə tibbi ekspertinin olduğu müəyyən edilib. səudiyyəli müxalif jurnalist Camal Qaşıqçının qaçırıldığı gün 15 nəfərlik gizli kəşfiyyat komandasının iki xüsusi təyyarəylə Türkiyəyə gəlməsi dünya mediasını şoka salıb.
İçərisində kral mühafizəçilərinin, xüsusi təyinatlıların və
kralın xüsusi hava qüvvələrinin nümayəndələrinin də olduğu
komandaya dəlilləri aradan qaldırmaq üçün tapşırıq verildiyi
ehtimal edilir. Belə ki, həmin komanda ilə Türkiyəyə gələn ən
əhəmiyyətli adlardan biri Səudiyyə Ərəbistanının Polis Baş İdarəsi
Ədliyyə Tibb Qurumunun sədri olan 47 yaşlı cərrah Dr. Salah
Məhəmməd Al-Tubaigdir. Baş konsulluqdakı dəlilləri təmizləmək
tapşırığı alan cərrahın Səudiyyə Ərəbistandan gələn və İstanbuldan
ayrıldıqdan sonra əvvəl Misirə, sonra Ər-riyada enən ikinci
təyyarənin sərnişinləri arasında yer aldığı da bildirilib.
Al -Tubaigi oktaybrın 2-si Türkiyəyə Atatürk Hava limanından giriş
edib və eyni gün xüsusi təyyarə ilə ölkədən çıxıb. Tubaigyin
2015-ci ildə Avstraliyada xüsusi təlimlər aldığı və Qaşıqçının
öldürüldükdən sonra hissələrə ayrılması prosesində də yaxından
iştirak etdiyi iddia olunur. Komanda içərisində Səudiyyə Ərəbistanı
Hava Qüvvələri üçün çalışan Saad Al Qahtani, Mohammad Saad Al
Zahrani, Ghaleb T. Alharbi və Valeed Abdulla M. Al-Şəhərinin də
olması şübhələri daha da artırır. Çünki bu adamlar Səudiyyə Müdafiə
Nazirliyi və Səudiyyə kəşfiyyatı ilə birbaşa əlaqəli olan
şəxslərdir.
İstintaq zamanı ortaya çıxan daha önəmli detallardan biri Camal
Qaşıqçının qolunda "Apple Watch" olduğu, və konsulluğa daxil
olarkən onu nişanlısına verdiyi məlum olub. İstintaq qrupu bu
rabitə cihazının Camal Qaşıqçının aqibəti və aparıldığı son ünvanla
bağlı ciddi informasiyalar verə biləcəyinə ümid edir.
Könül