Tovuzda voleybol idman növü üzrə məktəblilərarası zona yarışına start verilib

21:53 24 Aprel 2015
141 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC 
"Bakı - 2015" birinci Avropa Oyunlarının Proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi tədbirlər çərçivəsində Tovuz rayonunda voleybol idman növü üzrə məktəblilərarası zona yarışına start verilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Tovuz Olimpiya İdman Kompleksində keçirilən zona yarışında Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy, Goranboy, Göygöl, Samux, Bərdə, Tərtər, Yevlax, Mingəçevir, Naftalan, Kəlbəcər, Ağdam və Xocalıdan olan komandalar iştirak edirlər.
Zona yarışlarının keçirilməsinin məqsədi birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunu artırmaqdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tovuzda_voleybol_idman_novu_uzre_mekteblilerarasi_zona_yarisina_start_verilib-849632

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR