​Türkiyənin "Fənərbaxça" klubunun ofisi hücuma məruz qalıb

​Türkiyənin "Fənərbaxça" klubunun ofisi hücuma məruz qalıb
23:42 24 Aprel 2015
50 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ Türkiyənin "Fənərbaxça" klubunun paytaxt Ankarada yerləşən ofisi naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.
"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, canilər ofisin şüşə qapısını qıraraq içəri daxil olublar və ofisdəki kompüter və digər avdanlıqlara ziyan vurublar.
Hadisə zamanı ofisin pəncərələri də qırılıb.
Polis hücum edənlərin şəxsiyyətini hələ ki, müəyyən edə bilməyib.
Bundan əvvəl, İstanbul klubunun içərisində əsas heyət futbolçularının olduğu avtobusu atəşə tutulmuşdu.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/turkiyenin-fenerbaxca-klubunun-ofisi-hucuma-meruz-qalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR