Azərbaycan təhsilində YENİLİK olacaq

Azərbaycan təhsilində YENİLİK olacaq
12:17 13 Yanvar 2015
154 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda təhsil müəssisələrində mövcud infrastruktur əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sərbəst hərəkətləri üçün uyğunlaşdırılacaq. Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu, "Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair" Milli Fəaliyyət Proqramında öz əksini tapıb. Həmin şəxslərin təhsilində elektron təhsil texnologiyaları tətbiq ediləcək.

Sağlamlıq imkanları məhdud uşaqların və gənclərin təhsilinin təşkili formalarının təkmilləşdirilməsi, onların inklüziv təhsilə (məktəbəqədər, ibtidai, orta, texniki, peşə və ali təhsilə) cəlb olunması üçün lazım olan şərait yaradılacaq.

Bütün bunların həlli müvafiq nazirliklərə tapşırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR