"Neftçi" tilsimi qırmaq, "Qəbələ" seriyanı davam etdirmək arzusunda

"Neftçi" tilsimi qırmaq, "Qəbələ" seriyanı davam etdirmək arzusunda
10:27 25 Aprel 2015
93 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında XXXI turun oyunları keçiriləcək. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, tura Lənkəran və Sumqayıtda start veriləcək.
 
Son 7 turda qələbələri sıralayan “Qəbələ” bu dəfə səfərdə “Xəzər Lənkəran”ın qonağı olacaq. Son 3 ev oyununda uduzmayan cənub təmsilçisi iddialı rəqibini də büdrətməyə çalışacaq.
 
“Simurq” səfərdə “Sumqayıt”la üz-üzə gələcək. Avrokubok arzusu hələ tam puç olmayan Zaqatala klubu mütləq qələbə qazanmalıdı. 13 oyundu qələbə qazana bilməyən “Sumqayıt” isə bu uğursuzluğa son qoymaq arzusundadı.
 
“İnter” 4 oyundu qələbəyə həsrət qalan AZAL ilə münasibətlərə aydınlıq gətirəcək. İkinci pillədə möhkəmlənmək üçün “bankirlər” bu oyunda 3 xal əldə etməyə çalışacaqlar.
 
Turun mərkəzi qarşılaşması isə əzəli rəqiblər – “Qarabağ” və “Neftçi” arasında keçiriləcək. Çempionatda iki mövsümdü ağdamlılara qalib gələ bilməyən paytaxt klubu tilsimi qırmaq arzusundadı. Öz növbəsində, Qurban Qurbanovun komandası da meydana vaxt keçirmək üçün çıxmayacaq.
 
XXXI tur
25 aprel (şənbə)


17:00. “Xəzər Lənkəran” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Rahil Ramazanov, Nahid Əliyev, Munis Abdullayev
İlk 3 dövrədəki oyunlar: 1:1, 3:0, 1:3
“Xəzər Lənkəran” mərkəzi stadionu


17:00. “Sumqayıt” – “Simurq”
Hakimlər: Ömər Paşayev, Rəvan Həmzəzadə, Azər Əsgərov, Cavanşir Yusifov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Əhmədov
İlk 3 dövrədəki oyunlar: 2:3, 2:1, 1:1
“Kapital Bank Arena”
 
18:00. “İnter” – AZAL
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Coşqun Həsənov, Etibar Həsənov
İlk 3 dövrədəki oyunlar: 1:1, 1:0, 1:1
“İnter Arena”
 
19:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Elşən Acalov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Vüsal Əliyev
İlk 3 dövrədəki oyunlar: 3:1, 0:0, 1:0
“Bakcell Arena”
 
N
Klublar
O
Q
H
M
T-F
X
1
Qarabağ
27
18
6
3
44-22
60
2
İnter
26
13
11
2
42-13
50
3
Neftçi
27
13
7
7
33-22
46
4
Qəbələ
27
12
7
8
37-33
43
5
Simurq
27
10
5
12
35-30
35
6
AZAL
27
8
8
11
29-38
32
7
Xəzər L
26
7
6
13
32-40
27
8
Sumqayıt
26
4
9
13
24-37
21
9
Bakı
27
2
8
17
17-58
13
 
Bombardir: Nurlan Novruzov ("Bakı") - 13 qol

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/336536.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR