Qara Qarayev VI Müasir Musiqi Festivalı başa çatıb

11:07 25 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 25 Aprel 2015 10:59 ]


 

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qara Qarayev VI Müasir Musiqi Festivalı başa çatıb. APA-nın məlumatına görə, festivala Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında yekun vurulub.

 

Festivalın bağlanış mərasimində Fəridə Məmmədova, Nadya Zelyankova, Sergey Malinin və Andrey Kaplanov çıxış ediblər.

 

Musiqi əsərlərini xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Rusiyanın “Questa musica” ansamblı ifa edib.

 

Qeyd edək ki, beş gün davam edən festival çərçivəsində opera janrında XX əsrin sonlarında bəstələnmiş iki əsərin videonümayişi olub, Muzey Mərkəzində “XX-XXI əsrin vokal musiqisinin nəzəri problemləri” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381159

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR