"Neftçi"nin futbolçusu Soni Mustivar Haiti millinin heyətində növbəti qolunu vurub.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi CONCACAF Millətlər Liqasında Sent-Lusia ilə səfər oyununun 13-cü dəqiqəsində fərqlənib.

Bu, Mustivarin Haiti yığmasının heyətində 2-ci qolu (13 oyuna) olub. Start Mustivar 90+1-ci dəqiqədə əvəzlənib. Qarşılaşma Haitinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Haiti millisində çıxış edən "Qarabağ"ın yarımmüdafiəçisi Donald Gerye zədə səbəbindən yığmaya dəvət almayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Neftçi"nin futbolçusu Haiti millisində qol vurdu - VİDEO "Neftçi"nin futbolçusu Haiti millisində qol vurdu - VİDEO