Merkuri planetinə kosmik

Fransız Qvineyasındakı “Kuru” kosmodromundan Günəş sisteminin ən kiçik planeti olan Merkuriyə iki kosmik aparatdan ibarət “Bepi Kolombo” adlı yeni missiya göndərilib.

Metbuat.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, kosmik aparatların fəzaya göndərilməsi “Ariane 5” raket daşıyıcısı vasitəsi ilə həyata keçirilib. Bu missiyanın göndərilməsi üçün hazırlıq işləri isə 10 il davam edib.

“Kolombo” Yaponiya Aerokosmik Agentliyi tərəfindən rusiyalı alimlərlə əməkdaşlıq şəraitində hazırlanıb. Bu aparat dörd il Merkurinin orbitində olan ABŞ-ın “Messenger” planetlərarası stansiyasını əvəz edəcək.

2025-ci ildə Merkuriyə yaxınlaşacaq iki aparatdan ibarət kosmik missiya bu planetin səthini və maqnit sahəsini öyrənəcək, müxtəlif orbitlərdə yerləşən süni peyklərlə paralel şəkildə fəaliyyət göstərəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR