Tanınmış müğənni İbrahim Tatlısəs reanimasiyada olan məşhur şoumen Mehmet Ali Ərbili ziyarət edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, xəstəxanadan çıxanda jurnalistlərin suallarını cavablandıran sənətçi aparıcıya şəfa diləyib:

Həmkarlarının vəfasız olduğunu deyən İbrahim Tatlısəs onların ünvanına sərt ismarış yollayıb: "Məni iki nəfər axtarır, biri Hülya Avşar, o biri Sibel Can. Mənim həqiqi dostlarım onlardır, digərləri sevmədiyim tiplərdir. Bu aləm belələri ilə doludur, düyü kimi onları təmizləyə bilmirsən. Heç kəsə ehtiyacım yoxdur, amma insan yalandan da olsa hal-əhval tutar. Hamı çox tərbiyəsiz olub".

Milli.Az