Bir neçə gün əvvəl sevgilisindən ayrılan məşhur müğənni Mayli Sayrusun adı bu dəfə bir türklə hallanır.

ANS PRESS-in məlumatına görə, ötən gün bir sıra dünya ulduzlarnın fotosessiyasını edən türk fotoqraf Mərt Alaşın sosial şəbəkədə paylaşdığı fotoşəkil “partlayış” effekti yaradıb. Belə ki, fotoqraf paylaşmış olduğu məzmunda 22 yaşlı amerikalı ifaçı Mayli Sayrusla öpüşdüyünü göstərib.

Cütlük ötən həftələrdə də bir-birindən səmimi pozlar vermiş, sosial şəbəkə və internet portallarında müzakirələrə səbəb olmuşdu.

Fotoqrafın izləyiciləri də bu görüntüyə laqeyd qala bilməmiş, rəylərində yeni eşq qığılcımlarının göründüyünü yazıblar.

Qeyd edək ki, 22 yaşlı amerikalı ifaçı Mayli Sayrus və 21 yaşlı model sevgilisi Patrik Şvartsnegerin 5 aylıq böyük eşqi ötən günlərdə sona çatıb. Patrikin atası tanınmış aktyor Arnold Şvartsnegerin də bu münasibətlərdən o qədər də məmnun olmadığı deyilirdi.

Tanınmış türk fotoqraf dünya ulduzu ilə öpüşdü (FOTO)

Tanınmış türk fotoqraf dünya ulduzu ilə öpüşdü (FOTO)

Tanınmış türk fotoqraf dünya ulduzu ilə öpüşdü (FOTO)
Mənbə
ANS PRESS