Bakıda marketdən oğurluq edən şəxsi döyən satıcı Tahir Rəşidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Xətai Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 1-nə təyin edilib.

Cinayət işi hakim Habil Məmmədovun icraatına verilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, sentyabr ayında Xətai rayonu General Şıxlinski küçəsi 2 saylı ünvanda yeləşən marketdən 20 manat dəyərində yağ oğurlayan Timurbulatov Dmitri Vladimiroviç həmin mağazanın işçiləri tərəfindən saxlanılıb.

Milli.Az