Metbuat.az bu dəfə yol qəzasından dünyasını dəyişən məşhur insanlardan bir neçəsini təqdim edir:
Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası 22 avqust 2017-ci il gecə yol keçərkən avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Azərbaycanın tanınmış reperi Hüseyn Dərya 15 mart 2014-cü ildə avtomobil qəzasında ağır yaralanaraq 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

"Yeni Ulduz-2" müsiqi müsabiqəsindən tanınan gənc ifaçı Rəcəb Musayev 9 yanvar 2011 avtomobil qəzası keçirdib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, müğəninin həyatını xilas etmək mümkün olmayıb.

Müğəni Bayramova Samirə Afət qızı 24 yaşında 26 Sentyabr 2014-cü ildə avtomobil qəzasında ölüb. Müayinələr müğənnin hamilə olduğunu bildirib.

Aktyor Ramiz Əliyev “Çal-çağır” verilişində "Böyük xanım" rolu ilə tanınırdı. 2003-cü il avqustun 17-də avtomobil qəzası zamanı dünyasını dəyişib.

Müğənni Şəfa Hüseynova 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub.

2007-ci il mayın 29-da saat 17.00 radələrində Bakıxan Mustafayevin idarə etdiyi “VAZ 21010" markalı avtomobildə yanğın baş verib. Qapını aça bilməyən B.Mustafayev maşının içində diri-diri yanıb. Hadisə Bakı-Astara yolunun 76-cı kilometrliyində olub.
Müğənni Leyla - Leyla da tamaşaçılara "Yeni ulduz" müsabiqəsindən tanışdır. O, eyni zamanda "Əziz müəllimim" adlı məşhur mahnını ifa edən sənətçilərdən biri olub. Uzun müddət Rusiyada yaşayan Leyla Bakıya qayıtmış və sənəti ilə məşğul olmağa başlamışdı. Leyla gecə saatlarında evinə gedərkən avtomobili ilə qəza keçirib, dünyasını dəyişib.

Rusiyanın tanınmış bəstəkarı Vladimir Borodin Moskvaətrafında Solneçnoqorskda ailəsi ilə birlikdə avtomobil qəzasına düşərək ölüb. Maestronun Domodedovada şəhər qəbiristanlığında dəfn olunacağı bildirilir.

Türkiyəli aktyor Arda Öziri yol qəzasında dünyasını dəyişib. Məlumata görə, 39 yaşlı aktyor motosiklet qəzası nəticəsində dünyasını dəyişib.Qeyd edək ki, bir çox film və serialda rol alan A. Öziri sonuncu dəfə “Diriliş Ertuğrul” serialında “Göktuğ” xarakterini canlandırırdı.

Barış Akarsu 29 iyun 2004-cü ildə ad günündə Bodrum yaxınlığında yol qəzasında dünyasını dəyişib.

“Kıvırcıq Ali” kimi tanınan türk xalq artisti TRT-dəki musiqi proqramında getdiyi zaman yol qəzası keçirərək vəfat edib.

Türk pop musiqisinin əfsanə Erol Büyükburcun qızı Ajlan da musiqisi dünyasında sevilirdi. Müğənni sürücüsünün ehtiyatsızlığından yolun kənarındakı traktora çırpılaraq qəza şəraitinə səbəb olmuşdu. Ajlan elə ağır qəzadan xəsarət alaraq dünyasını dəyişib.

Rusiyanın məşhur müğənnisi Mixail Lukonin avtomobil qəzasında vəfat olub. 59 yaşlı ifaçı Sankt-Peterburqdan Peçorski kilsəsinə gedirmiş. Yolda bir neçə avtomobil toqquşub. Yük maşını bir neçə maşını əzə-əzə gedib. Onlardan biri də müğənniyə aid olub.

Hamilə qalmaq istəyənlər, DİQQƏT! - Bunlara əməl etməsəniz...- VİDEO - Oxumaq üçün tıkla |