ABŞ Senatının bir qrup respublikaçı üzvü prezident Donald Trampı Səudiyyə Ərəbistanıyla aparılan dinc atom enerjisinə dair danışıqları dayandırmağa çağırıb.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Onlar “Ağ ev” rəhbərinə yazılı müraciətində qeyd ediblər ki, jurnalist Camal Kaşikçının qətliylə bağlı daxil olmuş informasiyalar krallıq rəhbərliyinin fəaliyyəti haqda narahatlıq yaradır.

Senatorlar hesab edir ki, Ər-Riyad Kaşikçı cinayətiylə yanaşı, Yəmən və Livanla bağlı mövqeyini də açıq ortaya qoymalıdır. Senatorlar qeyd edib ki, Tramp Səudiyyə Ərəbistanıyla olan dinc atom enerjisinə dair danışıqları yenidən nəzərdən keçirməsə, onda onlar anlaşmanı dondurmaq üçün “atom enerjisi üzrə qanun”un şərtlərinə müraciət edəcəklər.

Sübhan / METBUAT.az