Yumurtanı bişirməzdən əvvəl

Qida qaynaqlı zəhərlənmələr insanın həyatı üçün təhlükədir.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, sadə tədbirlər ilə qida zəhərlənməsinin qarşısını almaq mümkündür.

Xüsusilə yay aylarında artan istilik və nəm səbəbi ilə otaq temperaturunda qalan qidalarda bakteriyaların çoxalması sürətlənir. Bu vəziyyət də qida zəhərlənmələrinin artmasına səbəb olur. Qida zəhərlənməsinin ən əhəmiyyətli səbəblərindən biri isə qidaları ideal temperaturda soyutmamaqdır. Qidaların gigyenik olmayan şəraitdə hazırlanmaları, kifayət qədər bişirilməməsi və istifadə müddətinin keçməsi də digər əhəmiyyətli səbəblərdəndir.

Qidaların yerləşdiyi paketlərin etiketlərini oxumağı adət halına gətirin. Aldığınız məhsulun istehsal və son istifadə tarixlərini mütləq oxuyun. Məhsulun paketi deformasiya olmamış, açılmamış və partlamamış olmasına diqqət edin.

Buzluqdan götürülmüş əti otaq istiliyində əritməyin. Otaq istiliyində əridilən ətlərdə bakteriyalar sürətlə çoxalır və bişirmə zamanına qədər zəhərləyəcək qədər bakteriya çoxalmış olur. Bu səbəblə dondurduğunuz əti otaq istiliyində deyil, soyuducunun alt hissəsində saxlayaraq əridin. Bunun üçün əti bişirməzdən bir gün əvvəl dondurucu hissədən aşağı hissəyə yerləşdirin.

Eti oda sıcaklığında çözdürmeyin

Yumurtanın qabığında yüksək miqdarda bakteriya var. Bunun nəticəsində də salmonella xəstəliyi kimi ciddi sağlamlıq problemləri yarana bilər. Buna görə də yumurtanı almazdan əvvəl çatlamış və ya qırılmış olmamasına xüsusi diqqət edin. İstifadə etməzdən əvvəl qabığını yuyun və yumurta ilə təmas etdikdən sonra əllərinizi də yumağı unutmayın.

Çatlamış yumurtayı almayın

Süd və süd məhsullarının tərkibində karbonhidrat, protein və yüksək miqdarda su olduğuna görə, bakteriyalar üçün mükəmməl qida qaynağıdır. Buna görə də, küçədə satılan südlərdən uzaq durmaq və mütləq pasterizə edilmiş süddən istifadə etmək vacibdir. Bundan başqa marketdən aldığınız südü uzun müddət saxlamadan soyuducuya qoymağınız məsləhət görülür.

Sokak sütlerini almayın

http://matbuat.az/news/1053907/4-gundur-itkin-olan...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR