ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi Tehranın Yaxın Şərqdə, o cümlədən Suriyadakı varlığına kritik zərbədir.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu sözləri İsrailin Müdafiə naziri Aviqdor Liberman deyib.

"Bir addımla ABŞ İranın Suriya, Livan, Qəzza, İraq və Yəməndəki varlığına kritik zərbə vurdu", - Liberman bildirib.

İsrail XİN də öz növbəsində ABŞ sanksiyalarını "vacib addım" adlandırıb.

Qeyd edək ki, bu gün ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci mərhələsi aktivləşib.

Milli.Az