Qarabağa gələn Ermənistan baş nazir əvəzi Nikol Paşinyan statusu ilə özünü ifşa etdi. Türkiyə səudiyyəli jurnalist Camal Qaşıqçının bədəninin turşuda əridilməsi barədə informasiyanı araşdırır. ABŞ İrana qarşı sanksiyaların növbəti hissəsini qəbul edib. İran prezidenti Həsən Ruhani ABŞ-ın tətbiq etdiyi sanksiyaları şərh edib. Rəsmi Vaşinqtonun Avropa İttifaqından olan şirkətlərə ABŞ-la və eyni zamanda İranla bizneslə məşğul olmağa icazə verməyəcəyini açıqlayıb.

Qarabağ separatçılarının rəhbəri Bako Saakyan və Ermənistan baş nazir əvəzi Nikol Paşinyan dünən erməni qoşunlarının Azərbaycan ordusuyla təmas xəttinə gəliblər. Həm Saakyan, həm də Paşinyan burada erməni hərbçilərinin fəaliyyəti ilə tanış olublar. Onları qondarma qurumun “müdafiə naziri” Levon Mnatsakanyan və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan müşayiət edib.

Paşinyan əsgərlərlə çəkdirdiyi şelfini Feysbuk səhifəsində “Bizim adımız Ermənistan ordusudur” statusu ilə paylaşıb.

Bununla da Paşinyan Ermənistanın illərdir irəli sürdüyü “Qarabağda özünü müdafiə ordusu döyüşür” iddialarını alt-üst edib və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini etiraf edib.

Avrasiya İttifaqı İnstitutunun baş direktoru Vladimir Lepexin bildirib ki, seçki öncəsi Paşinyanın məşhurluğu pik həddinə çatıb və böyük ehtimala o, dağıdıcı qələbəni qazanacaq: “Lakin Ermənistanda əhalinin emiosiyalarında sınmalar başlanıb. Suallar verilir ki, Paşinyan niyə indiyə qədər iqtisadi islahatlar həyata keçirmir. Əslində bu sualların ortaya çıxmasından sonra Paşinyan parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi qərarını sürətlə qəbul etdi. Onun Qarabağa gedərək, populist çıxışlar etməsi də buna hesablanıb”.

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsinə keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın namizədliyini irəli sürəcək. “Armenpress” saytının iddiasına görə, KTMT baş katibliyi 2020-ci ilə qədər Ermənistanda olmalıdır və buna görə də İrəvan namizədlikdə israr edəcək.

Qeyd edək ki, noyabrın 2-də KTMT-nin rəhbəri Yuri Xaçaturov vəzifəsindən azad edilib. Rotasiya qaydasına uyğun olaraq, KTMT rəhbərliyi Belarusa keçməlidir və Belarus artıq Bakıda təhsil alan general Stanislav Zasın namizədliyini irəli sürüb.

“Münbiç hadisələrində ABŞ daha əvvəl PKK-nın və ya YPG-nin bölgədəki varlığına icazə verilməyəcəyini demişdi. Məsələnin həlli yolu isə bir sonrakı aya, ilə təxirə salınmışdı. Lakin Türkiyənin artıq bu problemləri təxirə salmağa səbri və dözümü qalmayıb”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi Fuad Oqtay mətbuata açıqlamasında deyib.

İrəvandan ÖZÜNÜİFŞA, 40 illik MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Türkiyə ABŞ-a MEYDAN OXUDU: "Artıq səbrimiz qalmadı"