ABŞ-ın İrana qarşı sanksiyaları yenidən başladacağını elan etməsindən sonra ilk reaksiya Rusiyadan gəlib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov İrana qarşı ABŞ sanksiyalarının qanuni olmadığını bildirib. XİN rəhbəri sanksiyalara baxmayaraq, İranla ticarət əlaqələrini saxlamaq istədiklərini vurğulayıb.

Qeyd edək ki, sanksiya paketinin ikinci mərhələsinin qüvvəyə minməsindən sonra ABŞ, ötən gündən etibarən 50 İran bankını, 700-dən çox şirkət və şəxsi sanksiya siyahısına əlavə edib.

Günay Elşadqızı / METBUAT.AZ