“ABŞ Qarabağda müharibə başladaraq, Rusiyanı vurmağı
planlaşdırır”.
Publika.az xəbər verir ki, bu iddia ilə Ermənistan
parlamentinin Respublika Partiyasından olan deputatı Artaşes
Qeqamyan çıxış edir.
Qeqamyan qeyd edir ki, Ermənistanda Soros Fondu və Qərbin digər
qurumları tərəfindən 80-dən çox ictimai təşkilat ölkəni dağıtmaq
işini həyata keçirir: “Onların fəaliyyəti mənəvi dəyərləri tam məhv
etmək və erməni dövlət quruluşunu dağıtmağa hesablanıb.
Bildirməliyəm ki, onlar bu işdə uğur qazanırlar. Bu şeytan
layihəsinin başında baş nazir səlahiyyətlərini müvəqqəti icra edən
Nikol Paşinyan dayanır”.
Erməni deputat iddia edir ki, ABŞ Paşinyandan Dağlıq Qarabağ
münaqişəsini həll etməyi tələb edir.
“Məqsəd burada müharibəni başlamaq və İranla Rusiyaya qarşı
istifadə etməkdir. Lakin buna qədər Ermənistanda başqa proseslər
baş verəcək. Ölkədə iqtisadi böhran yaradılacaq və bütün günah
Rusiyanın üzərinə yıxılacaq. İndiyə qədər belə cəhdlər olub. Digər
tərəfdən, ABŞ Ermənistandan İranla sərhədi bağlamağı tələb edəcək.
Tramp Obama deyil, o, daha sərt olacaq. Okeanın o tayındakı
strateqlər bu proseslərin davamı olaraq Qarabağda müharibəni
başladacaqlar və beləliklə, günahkar yenə Rusiya olacaq. Onlar bu
planla Rusiyanı tamamilə regiondan çıxarmağı düşünürlər”, - deyə o
bildirib.
Asif