Türkiyә Xarici İşlәr Nazirliyi ABŞ Dövlәt Departamentinin PKK terror tәşkilatının üzvlәri haqqında mәlumat verәnә mükafat verilәcəyi məsələsinə münasibət bildirib.
Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, XİN-in mətbuat katibi Hami Aksoy ABŞ Dövlәt Departamentinin qәrarı ilә bağlı yazılı açıqlamasında bildirib ki, Türkiyə Amerika Birlәşmiş Ştatlarının qәrarını alqışlayır:
“ABŞ Dövlәt Departamentinin PKK terror tәşkilatının üç üzvü ilə bağlı mәlumat verәnlәrә mükafat verilәcәyiilә bağlı açıqlamasını alqışlayırıq. Bu addımın PKK vә onun qolları ilә mübarizә çәrçivәsindә İraq vә Suriyada göstәrilәcәk konkret fәaliyyәtlәrlә dәstәklәnmәsini gözlәyirik”.
Qeyd edək ki, ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə müşaviri Metyu Palmer ABŞ Dövlǝt Departamentinin "Rewards for Justice" (ǝdalət üçün mükafat) proqramı çərçivəsində PKK-nın əsas üzvləri olan terrorçular Murat Karayılan, Cəmil Bayık ve Duran Kalkan haqqında mǝlumat verǝnlǝrǝmükafatverilǝcǝyini bildirmişdi.
Günay Elşadqızı / METBUAT.AZ