İsrail Baş naziri Benyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putinin, Birinci Dünya Müharibəsini rəsmi olaraq bitirən “Atəşkəs Günü”nün 100-cü ilönümü çərçivəsində Fransanın paytaxtı Parisdə keçirilən anma mərasimləri zamanı bir araya gəlmələri gözlənilirdi.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin İctimai Teleradio Şirkəti olan “KAN”-ın məlumatında deyilir ki, Suriya məsələsində davam edən gərginlik səbəbilə görüş ləğv edilib. Xəbərdə görüşün ləğvinin tək tərəfli, yoxsa hər iki tərəfin verdiyilə bağlı detal açıqlanmayıb.
Məlumatda deyilir ki, 11 noyabrda keçirilməsi gözlənilən, ancaq ləğv edilən Netanyahu-Putin görüşü, iki lider arasında rus hərbi təyyarəsinin vurulmasından sonra baş tutacaq ilk görüş olacaqdı.
Günay Elşadqızı / METBUAT.AZ