Bakıda cibgirliklə məşğul olan şəxs tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş Elnur Qurbanovun ətrafında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində xətt avtobuslarında 4 qadının çantalarından içərisində pul və sənəd olan pulqabılarını oğurlaması da müəyyən edilib.

Tutulan şəxs ətrafında araşdırmalar davam etdirilir.