Limon suyu və sarımsaq

Xüsusilə rus həkimlərinin məsləhət gördüyü ürək və damar xəstəlikləri üçün kəşf edilmiş limon suyu və sarımsaq kürü ilə mükəmməl nəticələr əldə etmək mümkündür.

Metbuat.az bildirir ki, təbii müalicə sahəsinə üstünlük verən rus həkimlər bu formulu illərdir istifadə edir və son dərəcə uğurlu nəticələr əldə etdiklərini bildiriblər.

Limon suyu və sarımsaq kürü damar sərtlikləri, damar yağlanması, damar tıxanıqlıqları və təzyiq kimi xəstəlikləri qalıcı olaraq müalicə edir.

Bunun üçün 2 litr limon suyunu şüşə bankanın içinə qoyun və 40 diş sarımsağı yumadan əzərək limon suyunun içinə əlavə edin.

Bankanın qapağını möhkəm şəkildə bağlayın. 25 gün müddətində ilıq (otaq istiliyi) bir yerdə saxlayın və hər gün 2-3 dəfə çalxalayın.

25 gün sonra hazır olan qarışımdan hər səhər yeməkdən 30 dəqiqə əvvəl yarım stəkan için. Bunu hər gün davamlı şəkildə və imkan varsa eyni saatda tətbiq edin.

Qarışım bütün romatizmal iltihabın qarşısını alır, bütün növ romatizmal ağrıları aradan qaldırır. İmmunitet sisteminin sağlamlığı baxımından çox təsirlidir və bütün növ allergiyanın qarşısını alır. Böyrək daşlarını əridir və bədəndəki şişkinliyin aradan qaldırır, toxumalaarda şiş yaranmasının qarşısını alır. Beyin hüceyrələrini və bütün sinir sistemini yeniləyir. Bütün damar iltihablarını müalicə edir, tıxanmış damarları açır.

Bu kürü istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməyiniz tövsiyyə olunur.

http://matbuat.az/news/1057300/meshur-model-kredit...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR