Qohumunun həyatını xilas etmək üçün özünü "oda atan" yeniyetməni ayı parçalayıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Rusiyada 16 yaşlı oğlanın parçalanmış cəsədi tapılıb.

Rodion Burakov adlı oğlanı ayı parçalayıb. O, qohumunu xilas etmək üçün ayının diqqətini dağıtmağa çalışarkən ölüb.

13 yaşlı Boris Burakov xilas olsa da Rodion faciəvi şəkildə can verib.

Vaxtında xəstəxanaya çatdırılan Borisin ölüm riski yoxdur.

Hadisə Rusiyanın Kamçatka vilayətində olub.

Milli.Az hadisə ilə bağlı fotoları təqdim edir:

Emin
Milli.Az