Saatlıda qəbiristanlıqdan oğurluq edən şəxslər saxlanılıblar

Saatlı rayonunda qəbiristanlıqdan oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.

DİN Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinə noyabr ayının 5-dən 8-dək olan müddətdə Qaracalar kənd qəbiristanlığında qəbrlərin kənarındakı alüminium məhəccərlərin sökülərək oğurlanması barədə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən Qaracalar kənd sakini Ziya Qasımov və Bərdə rayon sakini Həbib Mahmudov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

RPŞ-də araşdırma aparılır.

Hərbi hissələrdə andiçmə mərasimi keçirilib - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR