"Keşlə"nin futbolçusu Ebrima Sohna Qambiya mili komandasına dəvət alıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi Afrika kubokunun seçə mərhələsində Benin milli komandasına qarşı keçiriləcək matç üçün yığmaya çağırılıb.

Qeyd edək ki, sözügedən oyun noyabrın 17-də Qambiyada keçiriləcək.

Milli.Az