Tokio, 27 aprel, AZƏRTAC
Xəbər verdiyimiz ki, aprelin 26-da Yaponiya vətəndaşları şəhər merlərinin və yerli assambleyaların üzvlərinin seçkilərində iştirak ediblər.
Yerli KİV-lərin yaydığı məlumata görə, əsas siyasi qüvvə sayılan Liberal Demokratik Partiya (LDP) gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində öz üstünlüyünü nümayiş etdirməyə çalışıb.
LDP-dən irəli sürülmüş bütün namizədlər prefektura mərkəzləri olan Oiça, Miço və Takamatsu şəhərlərinin meri vəzifəsi uğrunda mübarizədə qalib gəliblər.
Yerli orqanlara iki turdan ibarət olan budəfəki seçkilər Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi LDP-nin və onun koalisiya tərəfdaşı Komey partiyasının parlamentin aşağı palatasına ötən ilin dekabrında keçirilmiş seçkilərdə inamlı qələbəsindən sonra ilk dəfə təşkil edilirdi.
Aprelin 12-də keçirilmiş ilk turda hakim koalisiya tərəfindən dəstəklənən bütün namizədlər prefekturaların qubernatoru vəzifələrinə seçkilərdə müxalif partiyanın namizədlərini üstələyiblər. LDP, həmçinin prefektura assambleyalarına seçkilərdə də öz üstünlüyünü saxlamağa nail olub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio