Xalq artisti Afaq Bəşirqızı Sumqayıt Dram Teatrında çalışdığı günləri xatırlayıb.
Milli.Az-a açıqlama verən məşhur o illər üçün çox darıxdığını bildirib:
"O illəri çox böyük nisgillə xatırlayıram. Çünki 1975-ci ildən 1989-cu ilə qədər mən Sumqayıt Dram Teatrında çalışmışam. Bu teatr şəhər teatrları ilə bəhsə girirdi. Bir çox tamaşaları paytaxt teatrlarında olurdu. Məlik Dadaşov, İsmayıl Dağıstanlı kimi böyük sənətkarla mən səhnəyə çıxmışam. Bütün bunlar adamda nostalji hisslər yaradır. Mən çox istərdim ki, teatr əvvəlki şöhrətini, əzəmətini qaytarsın. Biz çox çətin günlər yaşamışıq, teatrı ağır, əzablı günlərdən keçirmişik".
Əli Novruzəliyev
Milli.Az