Avropa Parlamenti jurnalist Camal Kaşıkçı cinayəti ilə bağlı qanun layihəsi qəbul edib.

Metbuat.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, sənəd Səudiyyə Ərəbistanına silah embarqosunun tətbiqini nəzərdə tutur. Bildirilir ki, qadağalar krallığın Yəmən üzrə koalisiyasında yer alan müttəfiqlərini də əhatə edəcək.

Həmin ölkələrdə də insan hüquqlarının pozulduğu qeyd olunur. Qanun layihəsinin əlehinə bir lehinə isə 325 nəfər səs verib.

Avropa parlamenti sənəddə yer almayan ölkələrə Səudiyyə Ərəbistanına qarşı cəza tədbirləri görməyi təklif edib. Bunun üçün mexanizm hazırlanması tövsiyyə olunub.

Sübhan / METBUAT.az