Bakıda “London taxi” piyadanı vuraraq öldürüb

Bakıda “London taxi” piyadanı vuraraq öldürüb
14:42 15 Noyabr 2018
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə noyabrın 14-də saat 23 radələrində paytaxtın Nizami rayonunun Nəsimi küçəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini İsrafil Qurbanov idarə etdiyi "London taxi" markalı avtomobillə yolu keçən paytaxt sakini Hidayət Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Nizami rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/703985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR