Kərəvizin sağlamlığa

Həm qidalandırıcı, həm ucuz tərəvəz olan kərəviz ən faydalı qidalardan biridir.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, kərəviz infeksiya, həzm problemləri, təzyiq və əzələ ağrıları ilə mübarizədə çox təsirlidir. Bundan başqa kərəvizin xərçəng, yaşla əlaqəli olaraq görmə qabiliyyətində zəiflik, ürək xəstəlikləri, infarkt kimi xəstəliklərə qarşı da qoruyucu təsiri var.

Xroniki yorğunluq, əsəbilik kimi problemlərə də faydalı olan bu qida qış mövsümünün ən faydalı qidaları arasında yer alır.

Kərəvizin tərkibində potasium, maqnezium, sodium və dəmir mövcuddur. C vitamini və antioksidan baxımından zəngin olduğuna görə davamlı kərəviz yemək immunitet sistemini gücləndirir, qrip və bir çox xəstəliklərə yaxalanma riskini azaldır. Kərəviz qan laxtalanması, güclü sümüklər və ürək sağlamlığı üçün də əhəmiyyətlidir.

Həm çiy, həm də bişmiş şəkildə yeyilə bilən kərəvizi, suyunu sıxaraq içki kimi, şorbalara əlavə edərək bişmiş şəkildə, yaxud buxarda bişirərək istifadə etmək mümkündür.


http://matbuat.az/news/1061229/oglundan-ayrilmaq-i...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR